"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne bu mövsüm "şəhərlilər"in problemlərindən danışıb. Matc.az xəbər verir ki, belçikalı futbolçu "Liverpul"un Premyer Liqadakı çıxışına da toxunub:

"Yaxşı oyunlarımız olsa da, bu mövsüm çox xal itirdik. Elə matçlar olur ki, vəziyyətə tam nəzarət etdiyinizi düşünürsən. Ancaq nəticə fərqli olur. "Liverpul"un məğlubiyyətsiz davam etdiyi vaxtlarda itirdiyimiz xallar bizə baha başa gəldi. Açığı, "qırmızılar"ın daha yaxşı oynadığını düşünürəm. Məncə, onlar bu mövsüm hər şeyi qazanacaqlar. Buna layiqdirlər. "Liverpul"un mübarizəsini alqışlayıram".

Qeyd edək ki, Mançester təmsilçisi 57 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest