"İkinci qolun epizoduna baxmaq lazımdır. Slavik Alxasovu o qədər boş buraxmaq lazım deyildi. Birinci qolda isə səhv oldu"

"Qələbə qazanmaq istəyirdik. Futbolçular da istəkli idilər. Qollar vursaq da, hər ikin halda qələbəni qoruya bilmədik. Son dəqiqələrdə açıq futbol gedirdi. Hər iki komandanın qol imkanları oldu. Rəqib nəticəyə oynayan komandadır, 3-cü yerdə gedir. Bundan sonra bizə çətin olacaq. Hər matçımız finala bərabər olacaq". Matc.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 19-cu turunda evdə "Keşlə" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, qol epizodları baxımından nəticə ədalətlidir: "Bizim də, rəqibin də imkanları oldu. Maraqlı oyun getdi. Hər iki komanda qələbəyə layiq idi".

Abbasov Əmir Ağayevin ikinci hissədə meydana çıxmasının səbəbindən də danışıb. Onun sözlərinə görə, bu, sırf rəqibə görə olub: "Vüqar Mustafayevin qayıdışı bizi sevindirir. özü də yaxşı köklənmişdi. Bu, sırf rəqibdən asılıdır".

Baş məşqçi buraxdıqları qollarda qapıçı Mehdi Cənnətovun səhvlərinin olması fikrinə isə belə reaksiya verib: "İkinci qolun epizoduna baxmaq lazımdır. Slavik Alxasovu o qədər boş buraxmaq lazım deyildi. Birinci qolda isə səhv oldu. Amma mən hansısa futbolçunun üzərinə diqqəti yönəltmək istəmirəm. Biz bu gün ümumən qələbəni əldən verdik".

Abbasov Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin hesabatında "Sumqayıt"ın ən intizamsız komanda kimi göstərilməsində öz futbolçularının aqressiv oyununu səbəb göstərib: "Biz şahmat yox, futbol oynayırıq. Bizdə sarı vərəqə çox ola bilər. Amma bu, intizamsızlıqla əlaqədar deyil. Futbolçulardan aqressiya istəyirik. çoxlu vərəqə bizi üzür və futbolçulara diqqətli olmağı göstəriş veririk".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest