Futbol üzrə İtaliya A Seriyasında 26-cı tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
 
Turun açılış matçında "Latsio" "Bolonya"nı qəbul edib və inamlı qələbəyə sevinib.
 
"Torino" isə "Napoli" səfərinə yollanıb. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
 
Bu turun beş qarşılaşması ("Udineze" – "Fiorentina", "Milan" – "Cenoa", "Parma" – SPAL, "Sassuolo" – "Breşiya" və "Yuventus" – "İnter") koronavirus epidemiyası səbəbindən təxirə salınıb.
 
İtaliya A Seriyası
26-cı tur
29 fevral
 
Latsio – Bolonya 2:0
Qol: Alberto, 18. Korrea, 21.
 
Napoli – Torino 2:1
Qol: Manolas, 19. Di Lorenso, 82 – Edera, 90+1.
 
1 mart
 
18:00 Leççe – Atalanta
21:00 Kalyari – Roma
 
2 mart
 
23:45 Sampdoriya – Verona

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest