Futbol üzrə Ukrayna Premyer Liqasında 20-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi "Aleksandriya" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Lvov"la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb - 1:1.
 
Paşayev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
 
"Aleksandriya" 20 turdan sonra 34 xalla 12 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest