Futbol üzrə Almaniya Bundesliqasının 24-cü turunda "Hoffenhaym"ı səfərdə 6:0 hesabıyla məğlub edən "Bavariya" yeni rekord müəyyənləşdirib.
 
Matc.az xəbər verir ki, Münhen təmsilçisi ardıcıl 5-ci səfər matçından ən azı 3 qolla dönməyi bacarıb.
 
Bu isə Bundesliqa tarixində yeni rekorddu. Komanda əvvəlki səfər görüşlərində "Köln" (4:1), "Maynts" (3:1), "Herta" (4:0) və "Frayburq"a (3:1) qalib gəlib. Hans Flikin yetirmələri sonuncu dəfə ötən il dekabr ayının 7-də Mönhenqladbax "Borussiya"sı ilə qarşılaşmada məhsuldarlıq baxımından çətinlik çəkib (1:2).
 
Qeyd edək ki, hazırda aktivində 52 xal olan "Bavariya" turnir cədvəlinə başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest