Futbol üzrə Fransa çempionatının 27-ci turu çərçivəsində keçiriləcək "Olimpik" (Lion) – "Sent-Etyen" matçından əvvəl hər iki komandanın azarkeşləri arasında qarşıdurma yaranıb. Matc.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. 
 
Qarşıdurmada 100-ə yaxın fanat iştirak edib. Azarkeşlər arasında baş verən dava polisin müdaxiləsindən sonra bitib.
 
Qarşıdurma zamanı "Sent-Etyen"in 9 azarkeşi yaralanıb. Yaralılardan üçü isə xəstəxanalıq olub.
 
Bu gün keçiriləcək "Olimpik" – "Sent-Etyen" matçına saat 00:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest