"Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. O, 1:2 hesablıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib

"Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, o, 1:2 hesablıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"Evdə qələbə qazanıb, turnir cədvəlində vəziyyətimizi düzəltmək istəyirdik. İlk hissədə hər şey istədiyimiz kimi getdi, hesabı da açdıq. Daha sonra yaradılan şanslardan istifadə edə bilmədik. Oyunun gedişatı dəyişdi. Təəssüf ki, istədiyimizə nail ola bilmədik. Bir neçə oyundu ki, Orxan Sadıqlının səhvləri haqda danışılıb. Qapıya gedən hər zərbə qol olur. Komandada böyük problemlər var. Cavid Hüseynov cəzalı, Tellur Mütəllimov zədəlidi. İstəsək də, əvəzetmələrdən oyunu gücləndirə bilmirik. Ortadakı futbolçularımız müdafiəyəmeyllilər idi. Buna görə də orda topu saxlamaqda çətinlik çəkirdik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest