Bu, 2008-ci ildən "Qarabağ"ın "sükanı arxası"nda olan Qurbanovun 451-ci matçında rəsmiləşib. Ağdam təmsilçisi bu görüşlərin 55 faizindən qalib ayrılıb.

"Qarabağ" baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 250-ci qələbəsini qazanıb. Matç.az xəbər verir ki, yubiley Topaz Premyer Liqasının VI turunun "Sabah"la 2:0 hesabı ilə bitən səfər matçına təsadüf edib.

Bu, 2008-ci ildən "Qarabağ"ın "sükanı arxası"nda olan Qurbanovun 451-ci matçında rəsmiləşib. Ağdam təmsilçisi bu görüşlərin 55 faizindən qalib ayrılıb.

Mütəxəssisin "Qarabağ"ın baş məşqçisi kimi qazandığı qələbələrdən 187-si Premyer Liqa (320), 34-ü avrokuboklar (85), 29-u Azərbaycan kubokuna (46) təsadüf edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest