Turun mərkəzi görüşü Madriddə keçirilib. Lider "Barselona" səfərdə - "Santyaqo Bernabeu" stadionunda "Real"ın qonağı olub. İki qolun qeydə alındığı "el klasiko" meydan sahiblərinin qələbəsiylə başa çatıb. Nəticədə, "Real" əsas rəqibini turnir cədvəlində qabaqlamağa nail olub.

Futbol üzrə İspaniya La Liqasında 26-cı tura yekun vurulub.
 
Matc.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
 
Bu turda "Sevilya" "Osasuna", "Atletiko" isə "Espanyol"la qarşılaşıb. "Sevilya" turu qələbəylə, "Atletiko" isə xal itkisi ilə başa vurub.
 
Turun mərkəzi görüşü Madriddə keçirilib. Lider "Barselona" səfərdə – "Santyaqo Bernabeu" stadionunda "Real"ın qonağı olub. İki qolun qeydə alındığı "el klasiko" meydan sahiblərinin qələbəsiylə başa çatıb. Nəticədə, "Real" əsas rəqibini turnir cədvəlində qabaqlamağa nail olub.
 
İspaniya La Liqası
26-cı tur
28 fevral
 
Real Sosyedad – Valyadolid 1:0
Qol: Yanuzay, 60.
 
29 fevral
 
Eybar – Levante 3:0
Qol: çarles, 27; 48. Orelyana, 84.
 
Valensiya – Betis 2:1
Qol: Qameyro, 60. Parexo, 89 – Loren, 90+3.
 
Leqanes – Alaves 1:1
Qol: Karrilyo, 59 – L.Peres, 47.
 
Qranada – Selta 0:0
 
1 mart
 
Sevilya – Osasuna 3:2
Qol: En Nesiri, 13; 90+3. Okampos, 45+1 – Aridane, 64. Torres, 74-pen.
 
Atletik – Vilyarreal 1:0
Qol: R.Qarsiya, 56-pen.
 
Espanyol – Atletiko 1:1
Qol: Saviç, 24-öz qapısına – Saul, 47.
 
Malyorka – Xetafe 0:1
Qol: Maksimoviç, 67.
 
Real – Barselona 2:0
Qol: Vinisius, 71. Mariano, 90+2.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest