Futbol üzrə Estoniya Super Kubokunun qalibi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, həlledici oyun son ölkə çempionu "Flora" ilə azərbaycanlı futbolçu Nurlan Novruzovun yenicə transfer olunduğu "Narva Trans" arasında baş tutub.
 
"Flora" Novruzovun yeni komandasını 2:0 hesabıyla məğlub edərək super kubokun qalibi olub.
 
Nurlan da bu görüşün iştirakçısı olub. O, 52-ci dəqiqədə, komandası 0:1 hesabı geridə olduğu zaman meydana çıxmaqla Narva təmsilçisində rəsmən debüt edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest