Fransa millisinin hücumçusu Kilian Mbappenin rekord qırmaq istəyi baş tutmayıb. Matç.az saytı xəbər verir ki, gənc forvardın əfsanəvi fransalı Tyerri Anrini yaxalamaq üçün 2 qolu çatmayıb.

Belə ki, PSJ-nin forvardı 2018-ci ildə Fransa yığmasının heyətində aktivinə 9 qol yazdırıb. Bu, son 15 ilin ən yaxşı göstəricisidi. Ancaq bir təqvim ilində ən yaxşı deyil.

Məsələ burasındadı ki, Anri 2003-cü ildə Fransa millisinin heyətində 11 dəfə qol vurmağa müvəffəq olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest