"Cəlbedici binalar və gecə rəngarəng yanan işıqlar şəhəri çox yaxşı göstərir. Olduqca lüks yerlər var. Mənə burada ucuzluq olduğunu demişdilər. Ancaq bununla razılaşa bilməyəcəyəm"

"Mən gec parıldadım. İndi daha yetkin yaşdayam və ən yaxşısını etməyə çalışıram". Matc.az xəbər verir ki, bunu "Qəbələ"nin hücumçusu Rodriqo Qattas deyib.

çilili futbolçu İspaniya mətbuatına müsahibəsində "Qəbələ"dəki durumu haqda danışıb. O bildirib ki, komanda yoldaşlarına mümkün qədər tez uyğunlaşmaq istəyir: "Bakını hələ tam gəzə bilməmişəm. Amma gördüklərimdən onu deyim ki, çox gözəl şəhərdir. Cəlbedici binalar və gecə rəngarəng yanan işıqlar şəhəri çox yaxşı göstərir. Olduqca lüks yerlər var. Mənə burada ucuzluq olduğunu demişdilər. Ancaq bununla razılaşa bilməyəcəyəm. Futbolçular aktiv həyat tərzinə görə minnətdar olmalıdırlar. Futbol gənc yaşda bir çox yerləri gəzmək, fərqli hisslər yaşamaq, digər sahələrin vermədiyi misilsiz təcrübələr qazanmaq imkanı yaradır. Təkcə futbol deyil, həyat üçün də yaşanan bu təcrübələrə sahib olduğum üçün xoşbəxtəm".

Qattas bildirib ki, təqaüdə çıxdıqdan sonra gördüklərini nəvələrinə danışacaq: "Nikolas Kanales və İqnasio Errrera çillili oyunçuların Azərbaycana qapısını açdılar. Bu gün isə mənim növbəmdir, bəlkə də sabah başqası olacaq. İnanıram ki, onlar kimi yaxşı çıxış edəcəm. Bəlkə də tanınmayan bir liqada oynayıram. Ancaq avrokuboklara iddia edən ilk sıralardakı komandalarda yaxşı rəqabət var. Mən də bu həyəcanı yaşamaq istəyirəm".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest