Abdullah Avcı karyerasını Türkiyədə davam etdirəcək. Matc.az xəbər verir ki, 53 yaşlı mütəxəssis "Fənərbaxça"nı çalışdıra bilər.

Son iki aydır adı Azərbaycan millisi ilə hallanan Avcı klubda çalışmaq istədiyi üçün AFFA-nın təklifini qəbul etməmişdi. Ersun Yanalla yolları ayıran İstanbul təmsilçisi onu komandanın başına gətirmək istəyir. Artıq tərəflər arasında ilkin razılığın əldə olunduğu bildirilir.

Qeyd edək ki, Abdullah Avcı mövsümə "Beşiktaş"da başlasa da, uğursuz gedişatın ardından istefaya yollanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest