"Real"ın yarımmüdafiəçisi Vinisius Junior "Barselona"ya qarşı qalib gəldikləri (2:0) oyunun ardından görüş barədə fikirlərini bildirib. Matc.az xəbər verir ki, 19 yaşlı futbolçu Ronaldonun onlara dəstək olduğunu da açıqlayıb:

"Kristiano Ronaldo fasilədə soyunub-geyinmə otağına gəldi. O, bizə dəstək olduğunu söylədi. İkinci hissə "Barselona"ya qol vurduqdan sonra sevincimi onun kimi qeyd etdim. Dünən meydanın içində və çölündə qazanan Ronaldo idi".

Bundan başqa, braziliyalı futbolçu "Santiaqo Bernabeu"dakı matçda fərqlənməklə Messinin rekordunu qırıb. O, "El klasiko" tarixində qol vuran ən gənc futbolçu olub. Bundan öncə sözügedən rekorda Messi sahib idi. Argentinalı 2017-ci ildə "Real"a qarşı oyunda het-trik edərək bu uğura yiyələnmişdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest