"Yuventus"un U-23 komandası koronavirusa görə karantinə göndərilib.
 
Matc.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
 
Komandanın fevralın 23-də C Seriyasında qarşılaşdığı "Pyaneze"nin 3 futbolçusunun və bir klub nümayəndəsinin koronavirusa yoluxduğu aşkarlanıb. Bu üzdən də Turin klubu belə bir qərar qəbul edib.
 
Komandada məşqlər müvəqqəti olaraq dayandırılıb. Klubun yaydığı bəyanatda heç bir futbolçunun sözügedən virusa yoluxmadığı da bildirilib.
 
Qeyd edək ki, Avropada koronavirusun ən çox yayıldığı ölkə İtaliyadı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest