Almaniyanın "Leyptsiq" klubu futbolçusu Tayler Adamsın müqaviləsinin müddətini artırıb.
 
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisi 21 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalayıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 2019-cu ilin yanvarında "Leyptsiq"ə keçən Adamsın əvvəlki müqaviləsi 2023-cü ilin yayına qədər idi.
 
ABŞ milli komandasının da üzvü olan müdafiəçi bu mövsüm "Leytpsiq"lə Bundesliqada 5 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest