Futbol üzrə İngiltərə Premyer Liqa 2-də növbəti oyunlar keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Vulverhempton"un U-23 komandası da növbəti matçına çıxıb.
 
Futbolçumuzun komandası 18-ci tur çərçivəsində səfərdə "Tottenhem"in U-23 kollektivi ilə üz-üzə gəlib. "Vulverhempton" bu görüşdən məğlubiyyətlə ayrılıb – 2:3.
 
Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
Komandasının hər iki qolunu da Renat vurub. O, 77-ci dəqiqədə penaltidən fərqlənibsə, 85-ci dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirən qola imza atıb.
 
"Vulverhempton"un gəncləri bu oyundan sonra yer aldıqları 1-ci qrupda 12 kollektiv arasında 11 xalla sonuncu pillədə qərarlaşıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest