"Klubda maddi və mənəvi heç bir problemimiz yoxdur. Hazırkı çıxışımız hamımızı məyus edir. Bu duruma özümüz düşmüşük. Çalışıb, tez bir zamanda vəziyyəti düzəltməliyik"

"Klubda maddi və mənəvi heç bir problemimiz yoxdur. Hazırkı çıxışımız hamımızı məyus edir. Bu duruma özümüz düşmüşük. çalışıb, tez bir zamanda vəziyyəti düzəltməliyik"

Bu sözləri matc.az saytına "Zirə"nin yarımmüdafiəçisi Ağabala Ramazaov deyib. O, daha sonra belə davam edib:

"Nəticələr yaxşı olmasa da, əlimizi heç nədən üzməmişik. Təslim olmaq fikrində deyilik. Sona qədər mübarizə aparacağıq. Hədəflərimiz var. Məqsədsiz klub olmaz. Daha da yuxarılarda olmaq istəyirik. Bunun üçün bütün gücümüzlə çalışacağıq. Nə olacağını zaman göstərəcək. Klubda nizam-intizam problemi yoxdur. Məşqçimiz hər şeyə nəzarət edir. Fərdi səhvlər ucbatından aldığımız qırmızı vərəqələr olub. Buna görə özümüz də məyus olmuşuq".

Qeyd edək ki, "Zirə" 20 xalla turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest