"Neftçi" Azərbaycan Premyer Liqasının 20-ci turunda qarşılaşacağı "Sabah"la oyunun hazırlığına başlayıb. Matc.az xəbər verir ki, "Səbail"lə görüşdən sonra bərpa prossesi edən kollektiv fasilə vermədən bu gün məşqə çıxıb.
 
Əvvəlcə inzibati binadakı fitnez zalında müxtəlif fiziki təmrinlər edən futbolçular ardından "Türk Hava Yolları Futbol Mərkəzi"ndə toplu çalışmaları yerinə yetiriblər. Mamadu Mboc zədəli olduğu üçün hazırlıqda iştirak etməyib, Donald Gerye isə fərdi məşqə başlayıb. Hazırlıq martın 4-də bir məşqlə davam edəcək.
 
Qeyd edək ki, martın 7-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" – "Sabah" oyunu saat 18:00-da başlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest