"Zirə"nin yeni transferi Emil Balayev bu komandaya keçidi ilə bağlı klubun rəsmi saytına açıqlama verib.
 
Matc.az xəbər verir ki, o, bunları söyləyib:
 
"Burada olduğuma görə şadam. "Zirə" hədəfləri olan maraqlı komandadı. Burada millidə də bərabər oynadığım, əvvəldən də yaxşı tanıdığım futbolçular var. Son vaxtlar nəticələr yaxşı olmasa da, komandanın uğur qazanacağına inanıram. Bunun üçün mən də bacardığımın ən yaxşısını etməyə çalışacam".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest