Bir günlük istirahətin ardından məşqləri bərpa edən "Sumqayıt" bu gündən etibarən "Qəbələ" ilə oyunun hazırlığına start verib.
 
Matc.az xəbər verir ki, komanda baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında "Kapital Bank Arena"nın ehtiyat meydançasında məşqə çıxıb.
 
Fiziki gücün artırılması üçün yerinə yetirilən hərəkətlərlə başlayan məşqdə daha sonra müxtəlif toplu çalışmalar icra edilib. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.
 
Qeyd edək ki, martın 7-də Qəbələ Şəhər Stadionunda keçiriləcək "Qəbələ" – "Sumqayıt" qarşılaşmasına saat 16:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest