İngiltərənin "Liverpul" klubunun zədəli futbolçusu Nabi Keytanın komandaya qoşulacağı vaxt məlum olub.
 
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, seneqallı yarımmüdafiəçi İngiltərə kubokunun 1/8 final mərhələsi çərçivəsində bu gün "çelsi" ilə keçiriləcək oyunu buraxacaq.
 
Komandanın baş məşqçisi Yurgen Klopp, 25 yaşlı futbolçunun Premyer Liqanın növbəti turunda keçiriləcək "Bornmut"la oyuna hazır olacağını bildirib:
 
"O, indi oynamaq üçün hazır deyil, amma bu oyundan sonra meydana çıxa biləcək".
 
Əvəzində komandanın digər zədəliləri – Co Qomes və Ceyms Milner sıraya dönüb. Onların hər ikisi "çelsi" ilə görüşdə meydana çıxmaq şansına malikdi.
 
Bu gün keçiriləcək "çelsi" – "Liverpul" oyununa saat 23:45-də start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest