İrlandiya millisinin baş məşqçisi Mik Makkarti UEFA Millətlər Liqasının püşkatma mərasimini dəyərləndirib. Matc.az xəbər verir ki, o, Azərbaycan millisinin bu liqada olmamasına sevindiyini söyləyib:
 
"Qrupumuzdakı rəqiblər kifayət qədər güclüdürlər. Amma biz Rusiya və ya Azərbaycanla da düşə bilərdik. Bu mənada Azərbaycanın B liqasında olmaması bizim üçün sevdindiricidir. Əgər onlarla düşsəydik, 7 saatlıq yol getməliydik. Bu baxımdan püşkatmadan razıyıq".
 
Qeyd edək ki, İrlandiya millisi B liqasının 4-cü qrupunda Bolqarıstan, Finlandiya və Uelslə eyni qrupda yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest