Azərbaycan millisinin hücumçusu Vüsal İsgəndərli yığmamızın Millətlər Liqasındakı şansını dəyərləndirib. 24 yaşlı futbolçu matc.az saytına verdiyi açıqlamada qrupdan çıxa biləcəyimizi vurğulayıb.

Azərbaycan millisinin hücumçusu Vüsal İsgəndərli yığmamızın Millətlər Liqasındakı şansını dəyərləndirib. 24 yaşlı futbolçu matc.az saytına verdiyi açıqlamada qrupdan çıxa biləcəyimizi vurğulayıb:

"Qrupdakı bütün komandalar bizimlə eyni gücdədir. Hamısı ilə oynayıb qələbə qazanmaq olar. Birinci olmaq şansımız var. Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik. Niyə də biz favorit göstərilməyək?! Həmişə demişəm ki, yaxşı nəticə üçün istək lazımdır. Əgər bu qrupdan çıxa bilməsək, buna bərahət qazandıra bilmərik. Durumu heç kimə izah edə bilməyəcəyik. Hamımız bunu çox yaxşı başa düşürük. ümid edirəm ki, kim milliyə dəvət alsa, layiqli mübarizə aparacaq".

Qeyd edək ki, Azərbaycan millisi I qrupunda Lüksemburq, Kipr və Monteneqro milliləri ilə birgə mübarizə aparacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest