"Elə də asan qrupa düşməmişik. Rəqiblər güclüdürlər. Heyətlərinə nəzər salanda da bunu görə bilərik. Heç biri Lixtenşteyn və ya Andora deyillər. Məncə, bizə görə kifayət qədər ciddi komandalardır. Bəlkə də belə olmağı bizim üçün daha yaxşı oldu. Daha da ciddi və məsuliyyətlə yanaşacağıq"

Bu sözləri matc.az saytına "Qəbələ"nin sabiq baş məşqçisi Sənan Qurbanov Azərbaycan yığmasının Millətlər Liqasındakı şanslarını dəyərləndirərkən deyib. O, daha sonra belə davam edib:

"Lixtenşteyn və ya Andorrayla düşsəydik, komandada arxayanlıq yarana bilərdi. Düzdür, hazırkı rəqiblər dişimizə görədir. Ancaq "çıxıb udacağıq" demək olmur. Monteneqro və Lüksemburqun heyətində Avropada oynayan futbolçular var. Hətta Fransa və İtaliyada kimi ölkələrdə onları görə bilərik. Bizim oyunçu seçimimiz çox olmasa da, legioner həyatı yaşayan futbolçularımız var. Bacarıqlı oyunçulara sahibik. Ancaq yeni məşqçini gözləmək lazımdır. Onun hazırlığına, tapşırıqlarını baxacağıq. Qrupdan çıxmaq üçün potensialımız var. Məncə, şanslar hamı üçün eynidir".

Qurbanov milliyə baş məşqçi təyinatının gecikməsinin narahatverici olduğunu vurğulayıb:

"Baş məşqçi təyinatının gecikməsi biraz narahatvericidir. ümid edək ki, qısa vaxtda açıqlanacaq. Artıq hazırlıq dönəmi başlamalıdır. çünki yeni məşqçi əcnəbidirsə, futbolçuları tanıma vaxtı biraz uzun çəkəcək. Yaxın vaxtda açıqlanması lazımdır".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest