Voleybol üzrə Azərbaycan çempionatlarının oyunları təxirə salınıb.  Matc.az xəbər verir ki, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.
 
Azərbaycan Voleybol Federasiyasının qərarına əsasən, Super Liqa, Yüksək Liqa, həmçinin I Liqanın 4-10 mart tarixlərində keçirilməli olan matçları təxirə salınıb.
 
Təxirə salınmış oyunların təşkili vaxtı hələ dəqiqləşməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest