İngiltərənin "Kristal Pelas" klubu Türkiyə millisinin hücumçusu Cenk Tosunla icarə müqaviləsini ləğv edib.
 
Matc.az Britaniya mətbuatına istinadən xəbər verir ki, buna onun məşq zamanı dizindən ciddi zədə alması səbəb olub.
 
7 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilən 28 yaşlı hücumçu müqavilə ilə məxsus olduğu "Everton"a qayıdıb. Onun müalicəsinin "Everton"da davam etdiriləcəyi bildirilir.
 
Qeyd edək ki, Cenk Tosun qış transfer pəncərəsində "Kristal Pelas"a icarəyə göndərilmişdi. O, bu komandadakı ilk rəsmi oyununda qol vurmağa nail olsa da, sonrakı dörd matçında fərqlənə bilməmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest