Futbol üzrə İngiltərə kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub. 
 
"Lester Siti" doğma meydanda "Birmingem"i, "Mançester Siti" isə səfərdə "Şeffild Uensdey"i 1 qolla üstələyib. "Tottenhem" – "Norviç" matçında isə əsas vaxtda qalib müəyyənləşməyib. Əlavə vaxtda da hesab dəyişməyincə, qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən "Norviç" böyük sensasiyaya imza ataraq, "Tottenhem"i kubokdan uzaqlaşdırıb.
 
İngiltərə kuboku
1/8 final
2 mart
 
Portsmut – Arsenal 0:2
Qol: Papastatopulos, 45+4. Nketia, 51.
 
3 mart
 
çelsi – Liverpul 2:0
Qol: Villian, 13. Berkli, 64.
 
Ridinq – Şeffild Yunayted 1:2
Qol: Puşkaş, 43-pen – Makqoldrik, 2. Şarp, 107.
 
Vest Bromviç – Nyukasl 2:3
Qol: Filips, 74. Zohore, 90+3 – Almiron, 33; 45+1. Lazarov, 47.
 
4 mart
 
Lester Siti – Birmingem 1:0
Qol: R.Pereyra, 82.
 
Şeffild Uensdey – Mançester Siti 0:1
Qol: Aquero, 53.
 
Tottenhem – Norviç 1:1 (penaltilər 2:3)
Qol: Vertongen, 13 – Drmiç, 78.
 
5 mart
 
23:45. Derbi Kaunti – Mançester Yunayted

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest