"Qəbələ" futbol akademiyasının komandaları AFFA-nın keçirdiyi liqalarda növbəti oyunlarına çıxıb. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, U-17 komandası səfərdə "Turan"a qalib gəlib – 3:0.

5 oyunda 10 xal toplayan "qırmızı-qaralar" 7-ci pillədə qərarlaşıb. U-16 "Sabah"la görüşdə 1:0 hesablı qələbə qazanıb. 8 matçdan sonra 19 xala malik "Qəbələ" 2-ci yerdədi. "Zaqatala"nın qonağı olan U-15 meydandan böyükhesablı qələbə ilə ayrılıb – 4:0. 8 turdan sonra 22 xalı olan komanda turnirin lideridi.

Paytaxt zonasında "Keşlə" ilə görüşən U-14 böyükhesablı qələbə ilə hesabına 3 xal yazıb – 4:1. 7 oyunda 16 xal yığan "qırmızı-qaralar" 5-ci sırada yer alıb. Eyni zonada mübarizə aparan U-13 "Qarabağ"a uduzub – 1:3. 8 turda 9 xal toplayan "Qəbələ" 11-ci yerdədi.

U-12 Liqasının Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında iki komanda üz-üzə gəlib. "Qəbələ" UGİM "Qəbələ" üzərində qələbə əldə edib – 2:1. 9 turdan sonra sonuncular 14 xalla 3-cü, "Qəbələ" isə 27 xalla 1-cidi.

U-10 Liqasının eyni zonasında "Qəbələ" İsmayıllı UGİM-indən güclü olub – 17:0. "Qırmızı-qaralar" 9 turdan sonra 27 xalla 1-ci, 8 oyunda 12 xal toplayan UGİM "Qəbələ" isə 3-cüdü.

Qızlar arasında Yüksək Liqada mübarizə aparan "Qəbələ" 8â„–-li İOEUGİM-lə (Bakı) görüşüb. Matç 1:1 hesabı ilə başa çatıb. 4 oyunda 4 xal yığan komanda turnir cədvəlinin 5-ci pilləsində yer alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest