Futzal üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində keçiriləcək iki görüş təxirə salınıb. Matc.az xəbər verir ki, bu barədə federasiyasının rəsmi saytı məlumat yayıb.

Məlumata görə, martın 12-də keçirilməsi nəzərdə tutulan "Neftçi" – "Badamlı" və "Nəqşicahan" – "Baku Fans" oyunu qeyri-müəyyən vaxta təxirə salınıb.

Oyunların keçirilmə tarixi barədə əlavə məlumat veriləcəyi qeyd edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest