Koronavirus epidemiyası səbəbindən İtaliya A Seriyasının 25-ci turundan təxirə salınan üç oyunun keçirilmə vaxtı məlum olub.
 
Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. "Atalanta" – "Sassuolo", "Verona" – "Kalyari" və "Torino" – "Parma" matçları martın 18-də keçiriləcək. Hər üç qarşılaşma azarkeşsiz oynanılacaq.
 
İtaliya A Seriyasının 25-ci turundan təxirə salınan "İnter" – "Sampdoriya" matçının isə vaxtı hələ məlum deyil.
 
26-cı turdan təxirə salınmış qarşılaşmaların da keçirilmə vaxtı müəyyənləşib. "Yuventus" – "İnter", "Parma" – SPAL, "Milan" – "Cenoa", "Sampdoriya" – "Verona" və "Udineze" – "Fiorentina" qarşılaşmaları martın 8-dö, "Sassuolo" – "Breşiya" görüşü isə ayın 9-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest