"Atletiko"nun yarımmüdafiəçisi Vitolo La Liqanın XIII turunda "Barselona" ilə keçiriləcək oyunu dəyərləndirib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, hücumameyilli oyunçu rəqibin heyətində Lionel Messini xüsusi fərqləndirib.

29 yaşlı vinger rəqibin ən təhlükəli simasının argentinalı superulduz olduğunu bildirib: "Messi hətta bir ayaqla da ən güclü olardı. Lionel 100 faiz hazır olmadığı zaman da üstünlük yaradır, matçın nəticəsini həll edə bilir".

Qeyd edək ki, "Atletiko" – "Barselona" oyunu noyabrın 24-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest