Türkiyənin "Beşiktaş" klubu ciddi itki ilə üzləşib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı futbolçusu Duqlasın xidmətindən məhrum olub.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qeyd olunub ki, son məşqlərin birində ağır zədə alan 29 yaşlı müdafiəçi ətraflı tibbi müayinədən keçib. 
 
Müayinə nəticəsində braziliyalı oyunçunun bu mövsüm bir daha meydana çıxmayacağı müəyyənləşib. Klub Duqlasın müalicəsinə start verildiyini də açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest