İngiltərənin "Everton" klubu hücumçusu Dominik Kalvert-Lyuinlə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
Cari mövsümdə uğurlu çıxışı və məhsuldarlığı ilə diqqət çəkən 22 yaşlı forvard, klubu ilə 5 illik yeni müqaviləyə imza atıb.
 
Kalvert-Lyuin 2016-cı ildən "Everton"da çıxış edir. O, bu komandada indiyə qədər 76 oyuna çıxıb. İngilis hücumçu cari mövsümdə 15 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest