Futbol üzrə İspaniya La Liqasında 27-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. "Alaves" doğma meydanda "Valensiya"nı qəbul edib. Tərəflər bu oyunda hərəyə 1 qolla 1 xal qazanıblar.
 
Son turda "Real"a məğlub olaraq, liderliyi əldən verən "Barselona" bu tur çərçivəsində "Real Sosyedad"ı sınağa çəkəcək. Madrid "Real"ı isə "Betis" səfərinə yollanacaq.
 
Turun mərkəzi görüşü Madriddə keçiriləcək. "Atletiko" doğma azarkeşləri qarşısında "Sevilya"nı qəbul edəcək.
 
İspaniya La Liqası
27-ci tur
6 mart
 
Alaves – Valensiya 1:1
Qol: Mendez, 73 – Parexo, 34.
 
7 mart
 
16:00 Eybar – Malyorka
19:00 Atletiko – Sevilya
21:30 Barselona – Real Sosyedad
00:00 Xetafe – Selta
 
8 mart
 
15:00 Osasuna – Espanyol
17:00 Valyadolid – Atletik
19:00 Levante – Qranada
21:30 Vilyarreal – Leqanes
00:00 Betis – Real

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest