Futbol üzrə İtaliya A Seriyasında 26-cı turun təxirə salınmış oyunlar keçirilir. Matc.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.
 
Günün ilk matçında "Parma" SPAL-ı qəbul edib və minimal hesabla uduzub. "Milan" "Cenoa" ilə ev oyunundan məğlub ayrılıb. "Udineze" isə "Fiorentina" ilə oyunda qolsuz heç-heçəyə razılaşıb.
 
Günün maraqla gözlənilən qarşılaşmasında "Yuventus" çempionluq yolunda əsas rəqiblərindən olan "İnter"lə qarşılaşıb. Turin təmsilçisi bu oyunda iki cavabsız qolla qalib gəlməklə zirvədəki yerini möhkəmləndirib.
 
İtaliya A Seriyasında koronavirusa görə bütün matçlar aprelin 3-nə qədər azarkeşsiz oynanılacaq.
 
İtaliya A Seriyası
26-cı tur
8 mart
 
Parma – SPAL 0:1
Qol: Petanya, 71-pen.
 
Milan – Cenoa 1:2
Qol: İbrahimoviç, 77 – Pandev, 7. Kassata, 41.
 
Sampdoriya – Verona 2:1
Qol: Kvalyarella, 77; 86-pen – Audero, 32-öz qapısına.
 
Udineze – Fiorentina 0:0
 
Yuventus – İnter 2:0
Qol: Remzi, 55. Dibala, 67.
 
9 mart
 
21:30 Sassuolo – Breşiya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest