Futbol üzrə Fransa çempionatında 28-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
 
Turun mərkəzi görüşündə "Lill" "Lion"la münasibətlərinə aydınlıq gətirib və minimal hesabla qalib gəlib. "Renn" "Monpelye"ni 5 cavabsız qolla üstələyib. "Sent-Etyen" – "Bordo" matçında isə qalib müəyyənləşməyib.
 
Lider PSJ bu turda səfərdə "Strasburq"la qarşılaşmalı olsa da, bu oyun təxirə salınıb.
 
Fransa Liqa 1
28-ci tur
6 mart
 
Olimpik (Marsel) – Amyen 2:2
Qol: Sanson, 45+1. Payet, 57 – Jirassi, 83-pen. Qoddos, 90+6.
 
7 mart
 
Strasburq – PSJ matçı təxirə salınıb
 
Anje – Nant 2:0
Qol: Bobikon, 48. Tomas, 53.
 
Dijon – Tuluza 2:1
Qol: Mendil, 40. Aquerd, 53 – Boisqar, 41.
 
Mets – Nim 2:1
Qol: Nquette, 7. Boye, 81 – Do, 49.
 
Nitsa – Monako 2:1
Qol: Dolberq, 59; 90+2 – Ben Yedder, 32.
 
Reyms – Brest 1:0
Qol: Ture, 37.
 
8 mart
 
Sent-Etyen – Bordo 1:1
Qol: Bouanqa, 68 – Maya, 65.
 
Renn – Monpelye 5:0
Qol: Maussa, 9. Hunu, 28; 87-pen. Tait, 68. Del Kastilyo, 73-pen.
 
Lill – Olimpik (Lion) 1:0
Qol: Remi, 33.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest