"Real" La Liqanın 27-ci turunda səfərdə "Betis"ə 1:2 hesabı ilə məğlub olub. Matc.az xəbər verir ki, Madrid təmsilçisinin yeganə qolunu vuran Benzema klubun tarixinə keçib.  

Belə ki, fransalı forvard komandada  241-ci qolunu vurub. Bu göstərici ilə Benzema "Real" tarixinin ən məhsuldar 5-ci futbolçusu olub. O, "kral klubu"nun əfsanəvi oyunçusu Puşkaşla eyni pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıda dördüncü Santilyanadır (289). Klub tarixinin ən məhsuldar futbolçusu isə 450 qolla Kristiano Ronaldodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest