"Yuventus"un baş məşqçisi Mauritsio Sarri "İnter"ə qarşı qazanılan qələbəni (2:0) şərh edib. Matc.az xəbər verir ki, o, komandasının çıxışından razı qalıb:

"Bu vacib bir qələbədir, amma qarşıda daha 12 qarşılaşma var. Yolumuz uzundur. Komanda görmək istədiyimə yaxın idi. Bu ərəfələrdə bir az yaxşı deyildik. Buna görə həm fiziki, həm də psixoloji cəhətdən daha hazır olan oyunçuları seçdik. Məşqdə bəyəndiklərimizə şans verdik. Amma bu bir neçə həftədən sonra dəyişə bilər. Rəqib ilk yarıda bizə təzyiq göstərməyə çalışdı. Bunun üçün çox güc sərf etdilər. "İnter" kimi bir komanda qapımıza cəmi bir zərbə vurub. Bu, bizim üçün müsbət haldır. Koronavirus səbəbindən oyunların azarkeşsiz keçməsi barədə heç nə deyə bilmərəm. Mən məşqçiyəm və futbol haqqında danışa bilərəm. Amma hər şeyi bildiklərini iddia edənlərdən həmişə ehtiyatlanıram. Ona görə də bu suala nə deyəcəyimi bilmirəm".

Qeyd edək ki,  A Seriyasının 26-cı turunda keçirilən görüşlər koronavuris səbəbindən azarkeşsiz oynanılıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest