AFFA təşkilatçılığı ilə keçirilən liqalarda bağlı qərar verilib. Matc.az xəbər verir ki, U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13, U-16 və Yüksək qızlar liqalarının, "Coca-Cola Məktəbli kuboku"nun, həmçinin Region Liqası turnirinin oyunlarının təxirə salınması müddəti uzadılıb.
 
Yarışlar 2020-ci il martın 27-dək təxirə salınıb. öncədən liqaların oyunlarının təxirə salınması martın 10-a qədər nəzərdə tutulmuşdu.
 
Qeyd edək ki, buna koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin davam etdirilməsi səbəb olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest