Futbol məşqçilərinin yeni reytinq cədvəli açıqlanıb. Matc.az xəbər verir ki, siyahıda 1000 ən yaxşı futbol mütəxəssisinin adı yer alıb.

Siyahıda Azərbaycanı təmsil edən yeganə baş məşqçi "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovdur. 48 yaşlı mütəxəssis 1054 xalla 566-cı yerdə qərarlaşıb. O, ötən ilki reytinqlə müqayisədə 7 pillə irəliləyib.

Qeyd edək ki, siyahıya başçılığı Yurgen Klopp edir. Almaniyalı məşqçinin aktivində 15 min 846 xal var.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest