Avroliqanın 1/8 final mərhələsində oynanılacaq "Sevilya" – "Roma" matçı azarkeşsiz keçirilə bilər. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bildirilir ki, İspaniya Daxili İşlər Nazirliyi oyunun azarkeşli oynanılmasından narahatdır. Buna səbəb kimi stadionun daxilində və ətrafında çalışan polislərin koronavirusa yoluxma ehtimalının olmasıdır.

Nazirlik görüşə gələn azarkeşlərin hər hansı birində xəstəliyin olmasından ehtiyatlanır.

Qeyd edək ki, "Sevilya" – "Roma" matçı martın 12-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest