Azərbaycan milli komandasının və "Aleksandriya"nın üzvü Pavel Paşayev Urayna Premyer Liqasında yubiley oyununa çıxıb. Matc.az xəbər verir ki, 22-ci turda Kiyev "Dinamo"suna qarşı görüş (1:3) Paşayev üçün əlamətdar olub.

Belə ki, 32 yaşlı müdafiəçi çempionatda 200-cü oyununa çıxıb. O, "Aleksandriya"da 61, "Krivbass"da 34,  "Metallurq" və "Stal"da 29, "Dnepr"də 24, "Karpatı"da isə 23 çempionat görüşü keçirib.

Paşayevin komandaları bu 200 oyunun 74-də qələbə qazanıb, 61-də heç-heçə edib, 65-də isə uduzub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest