Futbol üzrə Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilib.  Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva "Spartak"ı da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Krasnodar"la üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
 
Ayaz bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
"Spartak" 21 turdan sonra 25 xalla 16 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest