"Real"ın yarımmüdafiəçisi Qaret Beyl yenidən İngiltərədə oynaya bilər. Matc.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

London klubunun baş məşqçisi Joze Mourinyo uelsli futbolçunu heyətində görmək istəyir. Portuqaliyalı mütəxəssis rəhbərlikdən yayda oyunçunun transfer edilməsini tələb edib.

"Tottenhem" yanvarda Beyl üçün Madrid klubu ilə danışıqlar aparsa da, nəticə müsbət olmayıb. Buna səbəb "Real"ın futbolçu üçün tələb etdiyi 75 milyon avro olub. London klubu bu qiymətin yüksək olduğunu düşünür. Ancaq rəhbərlik yayda qarşı tərəflə yenidən danışıqlara başlayacaq. Xəbərdə Beylin icarə əsasında "Tottenhem"də çıxış edə biləcəyi də bildirilir.

Qeyd edək ki, Beyl 2013-cü ildə "Tottenhem"dən 100 milyon avro qarşılığında "Real"a keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest