İngiltərənin "Tottenhem" klubu ciddi itkiylə üzləşib.
 
Matc.az xəbər verir ki, London təmsilçisinin futbolçusu Stiven Berqveyn sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
İngiltərə Premyer Liqasının 29-cu turunun "Bernli" ilə matçında (1:1) zədələnən hücumçunun bir müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
 
Berqveynin sağalma müddəti tibbi müayinədən sonra açıqlanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest