21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvü Ozan Can Kökcü klubu "Giresunspor"un düşərgəsinə qayıdıb. Matç.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, gənc yarımmüdafiəçi dünən kollektivlə birlikdə məşqə qoşulub.

Onunla birlikdə Mavritaniya yığmasının yarımmüdafiəçisi Adama Ba da Giresun klubuna dönüb. Baş məşqçi Hüseyin Kalpar, xüsusən də, Ozanın hazırlıq durumundan məmnun qalıb. O, 20 yaşlı yarımmüdafiəçinin yığmadan yaxşı formada dönməsinə sevindiyini bildirib. Kalpar TFF I Liqasının XIII turunda "Dənizlispor"la (25 noyabr) keçiriləcək səfər qarşılaşmasına hər iki futbolçunun hazır olduğunu söyləyib.

Qeyd edək ki, Ozan Can Kökcü U-21 yığmamızın noyabrın 19-da Bosniya və Herseqovina ilə yoxlama görüşündə (0:2) iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest