UEFA koronavirus epidemiyasının AVRO-2020-yə təsiri ilə əlaqədar təcili iclas keçirib. Matc.az xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, UEFA virusa yoluxmuş xəstələrə kömək etmək üçün lazımi tibbi imkanlara sahib olan ölkələrin oyunlara ev sahibliyi edə biləcəyini düşünür.

Açıqlamada turniri təxirə salmaq və ya oyunları azarkeşsiz keçirmək gündəmdə olmadığı bildirilib. Qurum nümayəndələri Avropa çempionatı matçlarına ev sahibliyi edəcək ölkələrin hökumətləri ilə əlaqə quraraq yarışın baş tutması üçün bütün lazımi tədbirlərin görülməsini xahiş edir. Əgər təşkilatçılardan biri qarşılaşmaları qəbul edə bilmədiyi təqdirdə görüşlərin bir hissəsi başqa ölkədə  keçiriləcək.

UEFA həmçinin yarışın 2021-ci ilə təxirə salınması üçün bəzi federasiyaların onlara müraciət etməsi ilə bağlı xəbərləri təkzib edib. Turnirin təxirə salınması və ya ləğvi ilə bağlı hər hansı müraciət olmadığı açıqlanıb.

Qeyd edək ki, Avropa çempionatının oyunları Bakı da daxil olmaqla qitənin 12 şəhərində baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest