"InStat"ın təhlilinə əsasən Azərbaycan Premyer Liqasının XX turunun rəmzi komandası məlum olub. Matc.az xəbər verir ki, turun ən yaxşısının adına da aydınlıq gəlib.
Rəmzi heyət aşağıdakı kimidir:
Qapıçı: Anar Nəzirov – 303 ("Qəbələ")-3
Müdafiəçilər: Donald Qerye - 296 ("Neftçi")-3, İviça Juniç – 310 ("Qəbələ")-4, Anton Krivotsyuk - 306 ("Neftçi")-6, Amin Seydiyev - 350 ("Qəbələ")
Yarımmüdafiəçilər: Stiven Monroz – 300 ("Neftçi")-6, Emin Mahmudov - 345 ("Neftçi")-3, Şafik Tiqrudja - 329 ("Zirə")-3, Xayme Romero – 306 ("Qarabağ")-6
Hücumçular: Nikolas Raysel - 352 ("Qəbələ"), Riçard Qadze – 268 ("Zirə")-2
Turun oyunçusu isə "Qəbələ"nin sloveniyalı futbolçusu Nikolas Raysel seçilib.
Qeyd: Oyunçuların adının qarşısındakı rəqəm "InStat" indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.