"Barselona"nın kapitanı Lionel Messi Argentinada karantina alınacaq. Matc.az xəbər verir ki, buna səbəb sözügedən ölkədə koronavirusun yayılma ehtimalının qarşısını almaqdır.

Məlumata görə, Messi millinin 2022 dünya çempionatının  seçmə mərhələsi çərçivəsində Boliviya və Ekvadora qarşı keçiriləcək görüşlər üçün yığmaya çağırılıb. Argentina dövlətinin qəbul etdiyi qərara görə, xaricdən gələn hər kəs bir neçə günlük karantində qalacaq.

Digər tərəfdən ölkə rəhbərliyi öz vətəndaşlarına İtaliya, çin, İran və Yaponiyaya getməməyə çağırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest